Əliyar Ağayev Çempionlar Liqasında

Sayta qoyulub: 20:08 27.07.2018 (482 dəfə oxunub)

 

Əliyar Ağayev Çempionlar Liqasında
FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq. UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada “Zaltsburq” klubu ilə  ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq. 
 

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

 

XƏBƏR LENTİ