► Əliyar Ağayev idarə etdi, "Kayrat" qalib gəldi

Sayta qoyulub: 08:03 27.07.2018 (193 dəfə oxunub)

Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Avropa Liqasının II təsnifat mərhələsin ilk oyunları çərçivəsində keçirilən “Kayrat” – “Alkmaar” matçını idarə edib. Almatıdakı "Ortalıq" stadionunda keçirilən oyunda Qazaxıstan təmsilçisi Hollandiya klubuna 2:0 hesabı ilə qalib gəlib. Əliyar Ağayev bu qarşılaşmada meydan sahiblərini 3, qonaqların 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov yan xətt, Orxan Məmmədov dördüncü hakim qismində yardımçı olublar. Çexiyalı Miroslav Liba hakim-inspektor, gürcüstanlı Vaxtanq Bzikadze UEFA nümayəndəsi funksiyasını yerinə yetiriblər.

 

XƏBƏR LENTİ