► "Sumqayıt" Superliqa klubuna qalib gəldi

Sayta qoyulub: 18:28 26.07.2018 (209 dəfə oxunub)

2018/2019 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ötən gün növbəti yoxlama matçına çıxıb. Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Super Liqa təmsilçisi "Yeni Malatyaspor"la üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda keçirilən qarşılaşma "Sumqayıt" qələbəsi ilə başa çatıb - 3:1. "Sumqayıt"ın heyətində Yusif Nəbiyev dubl edib. Digər qolu isə Əfran İsmayılov vurub.

 

 

 


XƏBƏR LENTİ