Rəsmən: Sercio Markionne istefa verib

Sayta qoyulub: 13:55 22.07.2018 (196 dəfə oxunub)

Ferrari şirkəti dünən axşam rəsmən təsdiq edib – şirkətin prezidenti və icraçı direktoru Sercio Markionne çiynindən keçirdiyi əməliyyatdan sonra gözlənilmədən vəziyyəti ağırlaşdığı üçün işə qayıda bilməyəcək.

F-1.az bildirir ki, şirkətin yeni başçısı ailənin nümayəndəsi Con Elkann, icraçı direktor isə Luis Keri Kamilyeri olacaq.

Rəsmi bəyanatda deyilir: “Maranello, 21 iyul 2018-ci il. Ferrari direktorlar şurası dərin kədər hissi ilə bildirir ki, prezident və baş direktor Sercio Markionne işə qayıda bilməyəcək. Biz Sercio və ailəsinə hər zaman yanlarında olduğumuzu bildiririk və şirkətə verdiyi töhfələrinə görə ona təşəkkür edirik.

Con Elkann idarə heyətinin yeni sədri təyin edilib və yaxın günlərdə Luis Keri Kamilyerinin icraçı direktorluğa namizədliyini yaxın günlərdə səhmdarlarla görüşdə təklif edəcək. İdarə heyəti şirkətin fəaliyyətinin fasiləsiz davam etməsi üçün lazımi səlahiyyətləri Kamilyeriyə verib”.

XƏBƏR LENTİ