"Kukesi"dən daha bir transfer

Sayta qoyulub: 16:40 21.07.2018 (198 dəfə oxunub)

"Kukesi"dən daha bir transfer

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Albaniyanın "Kukesi" klubu heyətinə yeni futbolçu cəlb edib. Kukesi təmsilçisi "Laçi"dən mozambikli hücumçu Reginaldo Artur Fayfeni transfer edib. 28 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, yeni transferin adı “Qarabağ”la oyunlar üçün iştirak ərizəsinə salınıb.

XƏBƏR LENTİ