"Beşiktaş" qapıçısını "Fulhem"ə satır

Sayta qoyulub: 09:49 21.07.2018 (189 dəfə oxunub)

"Beşiktaş"ın qapıçısı Fabrisio Ramires komandadan ayrılacaq. 30 yaşlı qapıçı İngiltərə Premyer Liqasına geri dönən "Fulhem"ə transfer olmaq üzrədir. "Sky Sports"un məlumatına görə, artıq tərəflər arasında razılıq əldə edilib. Bu keçid üçün London təmsilçisi 6 milyon avro ödəyəcək. Qeyd edək ki, Fabri 2016-cı ildə "Deportivo"dan "Beşiktaş"a keçmişdi.

XƏBƏR LENTİ