Şeydayev "Spartak"a qarşı oynadı

Sayta qoyulub: 09:48 21.07.2018 (169 dəfə oxunub)

 

Şeydayev "Spartak"a qarşı oynadı

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" növbəti yoxlama oyununu keçirib. Komanda Sloveniyada təlim-məşq toplanışı çərçivəsində Moskva "Spartak"ı ilə qarşılaşıb. Matç Rusiya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Trabzonspor" - "Spartak" - 1:4
Qollar:
 Rodalleqa, 10 (1:0), Qluşakov, 29 (1:1), Promes, 45-pen (1:2), Promes, 88 (1:3), Jiqo, 90+1 (1:4)

R.Şeydayev 73-cü dəqiqədə meydana daxil olub. Qeyd edək k, R.Şeydayev bundan əvvəl Xorvatiya "Lokomotiv"inə qarşı matçda (1:0) komandasının qələbə qolunu vurmuşdu.

 

 

 

XƏBƏR LENTİ