Stamenkoviç rəsmən "Sabah"da!

Sayta qoyulub: 09:45 21.07.2018 (277 dəfə oxunub)

Stamenkoviç rəsmən "Sabah"da!
 

“Sabah” daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib. Premyer Liqamızın debütantı serbiyalı qapıçı Saşa Stamenkoviçlə 1 illik müqavilə bağlayıb. 33 yaşlı qolkiper bu komandada 30 nömrəli futbolkada çıxış edəcək. Saşa karyerası ərzində Serbiyanın “Radniçki 1932”, “Napredak”, “Srvena Zvezda”, Qazaxıstanın “Okjetpes” klublarında çıxış edib. O, 2011-2015-ci illər aralığında ölkəmizdə “Neftçi”nin şərəfini qoruyub.

XƏBƏR LENTİ