Ramil Quliyev Brilliant Liqada ikinci olub

Sayta qoyulub: 08:46 21.07.2018 (134 dəfə oxunub)

Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Brilliant Liqada 200 metr məsafəyə qaçışda ikinci olub.

 28 yaşlı idmançı Fransanın Monako şəhərində təşkil olunan yarışda 19.99 saniyə ilə ikinciliyi əldə edib. 

ABŞ təmsilçisi Noy Layls 19.65 saniyə ilə birinci, ekvadorlu Aleks Kinones isə 20.03 saniyə ilə üçüncü olub.

Qeyd edək ki, Ramil Quliyev ötən il İngiltərənin paytaxtı Londonda dünya çempionu olub. 

 

 

 

 

Ramil Quliyev Brilliant Liqada ikinci olub

 

 

 

 

 

report

XƏBƏR LENTİ