K.Maqnussen: “Ferrari hamının xəyalıdır”

Sayta qoyulub: 10:37 20.07.2018 (104 dəfə oxunub)

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, gələcəkdə Ferrari-də yarışmaq istəyər.

F-1.az xatırladır ki, danimarkalı sürücü Formula1 karyerasına 2014-cü ildə McLaren-də başlayıb. 2015-ci ildə Britaniya komandasında 3-cü pilot olan 26 yaşlı sürücü 2016-cı ildə Renault komandasına, 2017-ci ildə isə Haas-a keçib.

Kevin Maqnussen: “Hazırda burada olduğum üçün xoşbəxtəm. Əlbəttə, gələcəkdə nə olacaq bilmirik. Komandada özümü rahat hiss edirəm. Etdiklərimdən razıdırlar. Buradakı şəraiti çox sevirəm. Güclü komandalarda yarışmaq şansım olacaqmı bilmirəm. Belə təklifi hamı qəbul edər. Ferrari və ya digər komandalar barədə düşünmürəm. Onsuz da axmaqlıq olar. Çünki hazırkı komandam çox yaxşıdır və başımı aşağı salıb işləməliyəm. Hamımız Ferrari xəyalları qururuq. Amma hər şeydən əvvəl gördüyüm işə fokuslanmalıyam”.

XƏBƏR LENTİ