"Qarabağ" afrikalı hücumçunun transferindən imtina edib

Sayta qoyulub: 10:36 20.07.2018 (167 dəfə oxunub)

“Qarabağ” klubu Cənubi Afrika Respublikasının “Maritsburq Yunayted”in futbolçusu Lebohanq Maboeni transferindən imtina edib.

Buna səbəb Afrika təmsilçsinin 23 yaşlı hücumçu üçün 500 min avro tələb etməsi olub. “Qarabağ”la yanaşı Belçikanın “Ostende” klubu da Maboeni heyətinə qatmaq fikrindən daşınıb.

Bildirilir ki, “Qarabağ” seçimini Çempionlar Liqasında çıxış etmiş hücumçudan yana edib.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” hələlik bir hücumçu – Mahir Mədətovu sifariş verib. Ağdam təmsilçisi hazırda forvard axtarışındadır.

 

 

 

 

"Qarabağ" afrikalı hücumçunun transferindən imtina edib

 

 

“Report” 

XƏBƏR LENTİ