"Sabah"ın Türkiyədəki digər rəqibləri də müəyyənləşdi

Sayta qoyulub: 10:21 20.07.2018 (128 dəfə oxunub)

 

"Sabah"ın Türkiyədəki digər rəqibləri də müəyyənləşdi

 

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı daha iki rəqib bəlli olub. Premyer Liqanın yeni təmsilçisi iyulun 21-də Türkiyənin “Osmanlıspor”, iyulun 25-də isə İranın “Traktor Sazi” klubunun U-23 komandası ilə üz-üzə gələcək. Xatırladaq ki, “Sabah” Boludakı ilk yoxlama oyununda “Giresunspor”la qarşılaşıb (1:1). Paytaxt klubu təlim-məşq toplanışı çərçivəsində son matçını iyulun 28-də, Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor”a qarşı keçirəcək.

XƏBƏR LENTİ