"Neftçi"də ciddi itki: Kapitan 6 aylıq sıradan çıxdı

Sayta qoyulub: 08:56 20.07.2018 (269 dəfə oxunub)

"Neftçi"də ciddi itki: Kapitan 6 aylıq sıradan çıxdı
 

Avropa Liqasının I təsnifat mərhələsində "Uypeşt"ə məğlub olaraq mübarizəni dayandıran "Neftçi" klubu ciddi itki ilə üzləşib. Tərəflər arasında baş tutan cavab qarşılaşmasının ilk hissəsində zədə alan "ağ-qaralar"ın kapitanı Ruslan Abışovun durumunun ciddi olduğu üzə çıxıb. İlkin ehtimallara görə, dizinndən zədə alan təcrübəli müdafiəçi 4-6 ay yaşıl meydandanlardan uzaq qalacaq. Ancaq bu, ehtimal olunan müddətdir. Futbolçunun son durumuna Bakıda keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək. Futbolçu böyük ehtimalla, əməliyyat olunacaq və uzun müddət komandasına kömək edə bilməyəcək. Msələ burasındadır ki, Abışov ilk oyundan sonra dizinda ağrılar hiss edib. Lakin çətin səfərdə komandasını pis vəziyyətdə qoymaq istəməyib.  

XƏBƏR LENTİ