"Səbail" "Sivasspor"a uduzdu

Sayta qoyulub: 08:47 20.07.2018 (127 dəfə oxunub)

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Səbail” bu gün daha bir yoxlama oyunu keçirib. Paytaxt təmsilçisi yerli  “Sivasspor” klubu üz-üzə gəlib. Görüş Superliqa klubunun qələbəsi ilə başa çatıb – 2:1. "Səbail"in yeganə qolunu 78-ci dəqiqədə Ağabala Ramazanov penaltidən vurub.

Qeyd edək ki, “Səbail” ilk matçında “Gənclərbirliyi”nə 0:3 hesabı ilə uduzub, ikinci oyunda isə Qətər klubu “Əl Şəhaniyə”yə  ilə 2:2 hesablı bərabərə qalıb.

XƏBƏR LENTİ