Roberto Bordin: "Ola bilsin futbolçuları düzgün kökləyə bilməmişdik"

Sayta qoyulub: 08:15 20.07.2018 (126 dəfə oxunub)

 

Roberto Bordin: "Ola bilsin futbolçuları düzgün kökləyə bilməmişdik"

 

“Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin “Uypeşt”lə cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib. İtaliyalı mütəxəssis həm nəticəyə görə kədərləndiyini bildirib:

 

“Ardıcıl iki qol buraxandan sonra bizim üçün çox ağır oldu. Müdafiədəki səhvdən sonra isə qapımızda üçüncü qolu gördük. Oyunda dönüş yaratmaq üçün böyük cəhdlər etdik, amma təəssüf ki, dördüncü qol da vuruldu. Ola bilsin futbolçuları düzgün kökləyə bilməmişdik. Əlbəttə, bu çox acınacaqlı haldır. Həm də ona görə kədərlənirəm ki, bizi dəstəkləməyə gələn azarkeşlərə yaxşı nəticə göstərə bilmədik. Bu bizim üçün çox ağır nəticədir. Oyunu əks-hücum üzərində qurmağı düşünürdük, amma təəssüf ki, bunu həyata keçirə bilmədik”.

XƏBƏR LENTİ