KİV:"Real və Çelsi Azarın transferini razılaşdırdı"

Sayta qoyulub: 08:04 20.07.2018 (447 dəfə oxunub)

Real Çelsiylə Eden Azarın transfer məsələsində razılığa gəlib. Bu barədə  Le 10 Sport nəşri yazıb.

 

Məlumata görə tərəflər transferi 190 milyon avroya həll ediblər. Bu məbləğə başqa bir futbolçu daxil deyil. 190 milyon avro yalnız Azarın keçidi üçün ödəniləcək.Xatırladaq ki, bir müddət əvvəl Realın Azar və Kurtua üçün 300 milyon avro ödəyəcəyi söylənilirdi.

 

27 yaşlı futbolçu ötən mövsüm Çelsinin heyətində 51 oyunda 17 qol vurmuş və 13 məhsuldar ötürmə etmişdi.

XƏBƏR LENTİ