Almeyda "Astana"da debüt etdi

Sayta qoyulub: 08:29 19.07.2018 (210 dəfə oxunub)

Qazaxıstanın “Astana” klubu UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yüksəlib. "Astana" ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi Monteneqronun “Sutyeska” klubuna səfərdə də qalib gəlib - 2:0. Bu qələbə ilə də "Astana" II təsnifat mərhələsinə yüksəlib. "Qarabağ"dan ayrılaraq, "Astana"ya üz tutan Riçard Almeyda görüşün iştirakçısı olub. "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk millimizin üzvünü 81-ci dəqiqədə meydana buraxıb. Bu, Almeydanın debüt matçı olub. “Astana” növbəti mərhələdə Danimarkanın “Mitdyulland” komandası ilə qarşılaşacaq.

XƏBƏR LENTİ