İliya Stolitsa: "Qarabağ" asan rəqib deyildi

Sayta qoyulub: 07:54 19.07.2018 (83 dəfə oxunub)

Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la qolsuz bərabərliklə nəticələnən oyundan sonra mətbuat konfransı keçirib.

Serbiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- İlk növbədə "Qarabağ"ı Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Komandalar bərabər səviyyəli oyun nümayiş etdirdi. Bizim üçün ilk mərhələdə çətin rəqib düşmüşdü. Eləcə də "Olimpiya" "Qarabağ" üçün asan rəqib deyildi. Hiss olunurdu ki, rəqib ilk oyunda üstünlüyünü sonadək qorumaq istəyir. Futbolçularımız sonadək mübarizə apardılar. "Qarabağ"ı bundan sonra turnirdə dəstəkləyəcəyik.

- Bəzi aparıcı futbolçuların əsas heyətdə yoxluğu nə ilə bağlı idi?

- Əlimizdə olan futbolçulardan maksimum istifadə etməyə çalışdıq.

- Oyundan əvvəl iddialı idiniz. Ancaq bunu komandanızın oyununda görmədik. Eyni zamanda ikinci hissədə çox aqressiv idiniz. Bu, hakimin qərarı ilə bağlı idi, yoxsa?

- Oyundan irəli gələn emosiyalarla bağlı idi. Ancaq hər hansı xüsusi halın qeydə alındığını demək olmaz. Sadəcə, baş məşqçi kimi oyuna müdaxilə etməyə çalışırdım.

- Bəlkə əvəzetmələrdə risk edərdiniz?

- Üçüncü əvəzetmə hücuma planlaşdırılmışdı. Ancaq zədə üzündən oyunçumuzu əvəzləməli olduq. Hər iki oyunda müdafiədə buraxdığımız xətalar həlledici oldu. 

 

 

 

 

 

 

İliya Stolitsa: "Qarabağ" asan rəqib deyildi

 

 

 

 

 

report.az

XƏBƏR LENTİ