►Ramil Şeydayev "Trabzonspor"a qələbə qazandırıb

Sayta qoyulub: 08:05 18.07.2018 (210 dəfə oxunub)

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun heyətində mövsümlərarası hazırlıq dövründə ilk qolunu vurub.

22 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində Xorvatiyanın "Lokomotiva" (Zaqreb) komandası ilə yoxlama matçında fərqlənib. 

67-ci dəqiqədə meydana daxil olan Şeydayev bundan 5 dəqiqə sonra rəqib qapıçının uzaqlaşdırmaq istədiyi topu ələ keçirərək, tora göndərib.

Bu qol sayəsində "Trabzonspor" qələbə qazanıb - 1:0.

 

 

 

 

 

 

 

report

 

XƏBƏR LENTİ