"Keşlə" - "Baltsan": açıq məşq və mətbuat konfransının vaxtı bəlli oldu

Sayta qoyulub: 12:48 17.07.2018 (141 dəfə oxunub)

Avropa Liqasının I təsnifat mərhələsində ilk görüşdə 1:4 hesabı ilə uduzduğu “Baltsan”ı qəbul edəcək “Keşlə”nin mətbuat konfransının və son məşqinin vaxtı müəyyənləşib. “Dalğa Arena”da keçiriləcək tədbirdə saat 19:30-da baş məşqçinin səlahiyyətlərini icra edən Zaur İsmayılovun mətbuat konfransı baş tutacaq. 20:00-da isə komandanın 15 dəqiqəlik açıq məşqi keçiriləcək. Qeyd edək ki, “Keşlə” – “Baltsan” oyunu iyulun 19-da, "Dalğa Arena"da baş tutacaq.

XƏBƏR LENTİ