Almaniya-2018: Həftəsonuna ilkin hava proqnozu

Sayta qoyulub: 08:18 17.07.2018 (111 dəfə oxunub)

İlkin proqnozlar Almaniyada həftəsonuna quru və günəşli hava vəd edir.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə və şənbə günlərində hava bir qədər buludlu olacaq, temperatur +29 dərəcəyə çatacaq. Yağıntı ehtimalı 10%-i keçmir. Bazar günü bu ehtimal 20%-ə qədər artacaq, maksimal hərarət +27 dərəcə olacaq.

Qeyd edək ki, Hokkenheym trasının Formula1-ə son dəfə ev sahibliyi etdiyi 2016-cı ildə bütün sessiyalar quru havada baş tutmuşdu.

XƏBƏR LENTİ