"Sevilya"nın baş məşqçisi "Neftçi"dən danışdı

Sayta qoyulub: 12:09 16.07.2018 (257 dəfə oxunub)

 

"Sevilya"nın baş məşqçisi "Neftçi"dən danışdı
“Neftçi” – “Uypeşt” oyununu izləmişəm. Hava çox isti idi. Ona görə də matçın tempi yüksək deyildi”. Bu sözləri “Sevilya”nın baş məşqçisi Pablo Maçin Avropa Liqasının 2-ci təsnifat mərhələsində potensial rəqibləri olan “Neftçi” və “Uypeşt”in ilk oyunu haqda danışarkən deyib.
 

İspaniyalı mütəxəssis “AS” nəşrinə açıqlamasında istənilən rəqiblə oyunun çətin keçəcəyini bildirib:
“İndi bilməliyik ki, səfərimiz hansı ölkəyə olacaq – Macarıstana, yoxsa Azərbaycana. Hər halda bütün oyunlar çətindir. Bizim üçün vacib olan odur ki, bu mərhələni keçək”.

Xatırladaq ki, Avroliqanın ilk təsnifat mərhələsində Bakıda keçirilən “Neftçi” – “Uypeşt” matçı təmsilçimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

XƏBƏR LENTİ