Namik Ələskərov azı 1 ay oynamayacaq

Sayta qoyulub: 16:26 15.07.2018 (169 dəfə oxunub)

Macarıstan "Uypeşt"i ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda zədələnən "Neftçi"nin futbolçusu Namik Ələskərov ən azı bir ay müddətinə sıradan çıxıb.  Bu, 23 yaşlı yarımmüdafiəçinin təkrar tibbi müayinəsindən sonra müəyyənləşib. Ələsgərov bir aydan sonra fərdi məşqlərin ardından kollektiv çalışmalara qoşula biləcək. eyd edək ki, Namik Ələskərov "Uypeşt”lə matçın ilk hissəsində zədələnərək əvəzlənib. İyulun 13-də ilkin tibbi baxışdan sonra Ələskərovun sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib. Bakıdakı "Dalğa Arena"da keçirilmiş qarşılaşma "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab görüşü iyulun 19-da Budapeştdə olacaq.

XƏBƏR LENTİ