Mino Rayola Poqbanı Barselonaya transfer etməyə çalışır

Sayta qoyulub: 22:07 14.07.2018 (211 dəfə oxunub)

Mançester Yunaytedin futbolçusu Pol Poqbanın agenti Mino Rayola Barseonaya müştərisinin transferini həyata keçirməyi təklif edib.

 

Bir neçə gün əvvəl o, katalon klubunun nümayəndələri ilə Barselonanın idman kompleksində görüşüb.

 

50 yaşlı agent görüş zamanı Poqbanın komandasını dəyişmək istəyində olduğunu dilə gəirib.

 

Xatırladaq ki, fransız yarımmüdafiəçi 2016-cı ildə Yuventusdan Mançester Yunaytedə keçib.

 

2017/18 mövsümündə o 33 oyunda 6 qol vurmuşdu.

XƏBƏR LENTİ