►Belçikanın tarixi uğuru

Sayta qoyulub: 20:04 14.07.2018 (179 dəfə oxunub)

Futbol üsrə dünya çempionatında 3-cü yer uğrunda görüş keçirilib.

Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda təşkil olunmuş qarşılaşmada Belçika və İngiltərə milliləri üz-üzə gəlib.

Oyun Belçikanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Tomas Mönyö açıb. 82-ci dəqiqədə isə kapitan Eden Azar yekun nəticəni müəyyənləşdirib.

Bununla da Belçika millisi dünya çempionatları tarixində ilk dəfə medal qazanıb. "Qırmızı şeytanlar"ın bunadək ən böyük uğuru DÇ-1986-da 4-cü yer olub. Bu komandanın aktivində 1980-ci il Avropa çempionatında gümüş, AVRO-1972-də isə bürünc medal da var.

DÇ-2018

14 iyul

3-cü yer uğrunda oyun

18:00. Belçika – İngiltərə - 2:0

Qollar: Tomas Mönyö, 4. Eden Azar, 82

Hakimlər: Alireza Faqani, Reza Soxandan, Məhəmmədreza Mansuri (hamısı İran), Malanq Didyu, Cibril Kamara (hər ikisi Seneqal)

Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu. 

 

 
 
 
 
 
"Report"

XƏBƏR LENTİ