Azərbaycanlı futbolçu yunan klublarının hədəfində

Sayta qoyulub: 14:22 13.07.2018 (496 dəfə oxunub)

Azərbaycanlı futbolçu yunan klublarının hədəfində
 

Azərbaycan milli komandasının sabiq üzvü Amit Quluzadə karyerasını yenidən ölkə xaricində davam etdirəcək. Son olaraq Kosovanın “Dirita” klubunda çıxış etmiş Amit Quluzadə yenidən əcnəbi klublarla danışıq aparır. 

Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Amit Quluzadə böyük ölçüdə Yunanıstana üz tutacaq.  Yarımmüdafiəçi konkret olaraq, iki komandadan “İraklis” və “Appollon Larissa” klublarından təklif alıb. Hansı klubun şərtləri daha qaneedici olarsa, Quluzadə həmin klubla müqavilə imzalayacaq.

Qeyd edək ki, amit Azərbaycanda “Neftçi”, “Qəbələ”, “Sumqayıt”, “Rəvan” və “Səbail” kimi elita klublarında forma  geyinib.

XƏBƏR LENTİ