"Zirə" əlcəzairli futbolçu aldı

Sayta qoyulub: 14:00 12.07.2018 (181 dəfə oxunub)

 

"Zirə" əlcəzairli futbolçu aldı
Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Zirə” mövsümlərarası fasilədə ilk legioner transferini edib. Paytaxt təmsilçisi əlcəzairli yarımmüdafiəçi Bilal Hamdini heyətinə qatıb. 27 yaşlı futbolçu ilə yaxın saatlarda rəsmi müqavilə imzalanacaq.
 

Qeyd edək ki, karyerasına “Lans”da başlayan Hamdi müxtəlif illərdə Fransa ikinci liqasının “Laval”, “Klermon”, “Brest” və “Sedan” kimi klublarının əsas və əvəzedici komandalarında forma geyinib. Onun son klubu isə Kipr “Alki”si olub.

 

XƏBƏR LENTİ