Hakimlərimiz Avroliqaya təyinat aldı

Sayta qoyulub: 12:03 12.07.2018 (63 dəfə oxunub)

Hakimlərimiz Avroliqaya təyinat aldı
 

Azərbaycanlı FİFA referiləri  - Ömər Paşayevlə Rəhim Həsənov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb. UEFA “OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn”  matçını Ömər Paşayevə, "Zarya" (Moldova) - "Qurnik" (Polşa) görüşünü isə Rəhim Həsənova həvalə edib.

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları

19 iyul

“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” 

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov

Dördüncü hakim: Əliyar Ağayev

"Zarya" (Moldova) - "Qurnik" (Polşa)

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli

Dördüncü hakim: Rauf Cabbarov

XƏBƏR LENTİ