Napolinin yarımmüdafiəçisi 65 milyon avroya rəsmən Çelsidə

Sayta qoyulub: 15:22 11.07.2018 (339 dəfə oxunub)

Napolinin yarımmüdafiəçisi Jorjinyo Çelsiyə transfer edilib.

 

Bu barədə İtaliya klubunun prezidenti Aurelio de Laurentis məlumat verib. Bundan başqa o , yaxın müddətdə Maurisio Sarrinin də Çelsiyə baş məşqçi təyin ediləcəyini bildirib.

 

Prezident yarımmüdafiəçinin Çelsiyə keçidinə görə Mançester Sitidən üzr istəyib. Xatırladaq ki, Jorjinyonu heyətə qatmağa daha çox məhz son İngiltərə çempionu yaxın idi.

 

Qeyd edək ki, Jorjinyoya görə Çelsi Napoliyə 65 milyon avro ödəyəcək.

XƏBƏR LENTİ