“Sumqayıt” Cavid İmamverdiyevi transferə çıxardı

Sayta qoyulub: 09:45 11.07.2018 (254 dəfə oxunub)

“Sumqayıt” Cavid İmamverdiyevi transferə çıxardı
 

“Sumqayıt” Azərbaycan milli komandasının üzvü Cavid İmamverdiyevi transferə çıxarıb. Hazırda Bakıda təlim-məşq toplanışında olan “Sumqayıt” məşqlərə qoşulmaqdan imtina edən Cavid İmamverdiyevlə bağlı analoji addımı atıb. Qeyd edək ki, yay fasiləsi zamanı adı bir sıra klubla birgə hallanan İmamverdiyevin “Sumqayıt”la qüvvədə olan 1 illik müqaviləsi var.

Futbol11.az

XƏBƏR LENTİ