U-17 yenə İrana uduzdu

Sayta qoyulub: 09:43 11.07.2018 (171 dəfə oxunub)

 

U-17 yenə İrana uduzdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və İran yığma komandaları arasında bu gün növbəti yoldaşlıq oyunu keçirilib. Bakı Olimpiya Stadionunun məşq meydançasında keçirilən və Orxan Məmmədovun idarə etdiyi matç komandamızın məğlubiyyəti ilə başa çatıb. İran millisi 4 cavabsız qolla yığmamıza qalib gəlib.

 

Qeyd edək ki, bu komandalar arasında iyulun 7-də keçirilmiş yoldaşlıq oyunu İran yığmasının 5:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

 

XƏBƏR LENTİ