"Qarabağ” - “Olimpiya” oyununun biletləri satışa çıxır

Sayta qoyulub: 09:00 11.07.2018 (201 dəfə oxunub)

 

"Qarabağ” - “Olimpiya” oyununun biletləri satışa çıxır
Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” -“Olimpiya” matçının biletləri satışa çıxarılır. Azarkeşlər biletləri sabahdan etibarən aşağıda əldə edə bilərlər. İyulun 18-də keçiriləcək matçın biletləri həm satış məntəqələrində, həm də onlayn almaq mümkün olacaq. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı. Qiymətlər sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdı.

Qeyd edək ki, “Qarabağ” - “Olimpiya” matçı iyulun 18-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

 

XƏBƏR LENTİ