"Olimpiya"nın baş məşqçisi: "Çətin sınaq qarşısındayıq"

Sayta qoyulub: 08:51 11.07.2018 (151 dəfə oxunub)

 

"Olimpiya"nın baş məşqçisi: "Çətin sınaq qarşısındayıq"

 

"Qarabağ"ı kifayət qədər təhlil etmişik. Rəqibin heyətində ciddi dəyişikliklər var". Bu sözləri Sloveniyanın "Olimpiya" klubunun baş məşqçisi İliya Stolitsa deyib. 40 yaşı ötən günlərdə tamam olan mütəxəssis sabah ÇL-in I təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri görüşdən danışıb: "Qarabağ" yaxşı komandadır, keyfiyyətli futbolçuları var. Ötən il bu komanda Çempionlar Liqasının qrupunda çıxış edəb və bu təsadüf ola bilməz. Çətin sınaq qarşısındayıq. Güclü rəqiblə düşmüşük və özümüzü göstərməliyik".

Qeyd edək ki, Sabah Sloveniyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq.

XƏBƏR LENTİ