Araz Abdulayev 3 gün əvvəl keçdiyi klubdan getdi

Sayta qoyulub: 14:44 10.07.2018 (383 dəfə oxunub)

 

Araz Abdulayev 3 gün əvvəl keçdiyi klubdan getdi

Üç gün əvvəl Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzaladığını açıqlayan Araz Abdullayev Bakıya qayıdıb. 

26 yaşlı Yunanıstan təmsilçisindən ayrılıb. Əldə etdiyimiz məlumata görə, futbolçu şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönüb. Futbolçumuz "Panionios"un heyətində cəmi 1 məşq edib və məşçi ilə danışdıqdan sonra klubu tərk edib. 

 

Onun "Panionios" klubunun düşərgəsinə qayıtmayacağı dəqiqdir. O, şəxsi İnstagram hesabında "Panionios"la bağlı paylaşdığı şəkli də silib. 

Qeyd edək ki, Araz Abdullayev "Panionios"la 2 illik müqavilə imzalamışdı. Yunanıstan klubu Araza görə Qəbələyə 80 min dollar ödəyib.

Futbol11.az

 

XƏBƏR LENTİ