Avropa Liqasının oyunu təxirə salınıb

Sayta qoyulub: 13:58 10.07.2018 (152 dəfə oxunub)

Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinda Farer adalarının "Klaksvik" və Litvanın "Jalgiris" komandaları arasında bu gün keçirilməli olan ilk oyun təxirə salınıb.

Səbəb Vilnüs təmsilçisinin oyunun təşkil olunacağı Torshavna əlverişsiz hava şəraiti ilə əlaqədar tam heyətlə uça bilməməsidir. "Jalgiris" Farer adalarının mərkəzi şəhərinə ötən gün Danimarkanın paytaxtı Kopenhagendən yollanmaq istəyib. Lakin Torshavna təyyarə reyslərindən ikisi çətin hava şəraiti üzündən ləğv edilib. Bu səbəbdən, komandanın bir çox oyunçusu və məşqçisi Kopenhagendə qalmalı olub.

"Jalgiris" rəhbərliyi UEFA-ya müraciət edərək, Farer adalarının paytaxtında oyun günü ola biləcəklərini söyləyib. Avropa futbol qurumu vəziyyəti dəyərləndirərək, "Klaksvik"lə görüşün bu gün yox, iyulun 11-də keçirilməsini qərara alıb. "Gundadalur" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Beləliklə, Avropa Liqasının I təsnifat mərhələsi bu gün yalnız "Samtredia" (Gürcüstan) - "Tobol" (Qazaxıstan) qarşılaşması ilə start götürəcək. Tbilisidəki "Mixeil Mesxi" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Qeyd edək ki, Avropa Liqasında Azərbaycanı təmsil edəcək hər 3 klub mübarizəyə iyulun 12-də başlayacaq. "Keşlə" Maltada "Baltsan"ın qonağı olacaq, "Qəbələ" Lüksemburq "Proqres"ini, "Neftçi" isə Macarıstan "Uypeşt"ini qəbul edəcək. 

 

Avropa Liqasının oyunu təxirə salınıb

 

"Report"

XƏBƏR LENTİ