Ronaldo ilə Alleqri telefonda danışdılar

Sayta qoyulub: 13:57 10.07.2018 (270 dəfə oxunub)

Realın futbolçusu Kriştiano Ronaldo Yuventusun baş məşqçisi Massimiliano Alleqri ilə onun komandasına keçidi haqda telefonla danışıb.

 

La Gazzetta dello Sportun məlumatına görə onların danışıqları cümə günü baş tutub.Bu telefon söhbətindən sonra Alleqri Turində Anyelli ilə görüşüb.

 

Yuventus hazırda Ronaldonun Realdan gedişilə bağlı rəsmi bəyanatını gözləyir. Bundan sonra Turin klubu Yuventusa rəsmi təklifini göndərəcək.

 

Məlumata görə bu gün Ronaldonun agenti Jorje Mendeş Realla son danışıqları aparacaq.

XƏBƏR LENTİ