Portuqaliya Santuşla bağlı qərarını verdi

Sayta qoyulub: 13:53 10.07.2018 (126 dəfə oxunub)

Portuqaliya Futbol Federasiyası millinin baş məşqçisi Fernandu Santuşla bağlı qərarını açıqlayıb.


Bu barədə qurumun prezidenti Fernandu Qomeş məlumat verib. O deyib ki, DÇ-2018-də mübarizəni dayandırmalarına baxmayaraq, 63 yaşlı mütəxəssislə əməkdaşlığa davam edəcəklər:


“Hər şey plana uyğun olmalıdır. Avro-2016-dakı qələbədən sonra Santuşla 2020-ci ilə qədər müqavilə bağlamaq qərarına gəldik. Qərarı qəbul edərkən bütün perspektivləri və DÇ-2018-dəki mümkün problemləri nəzərə almışdıq. Bu faktdır ki, mundialda hədəfimizə çatmadıq. Ancaq bu, hər şeyi dəyişmək anlamına gəlməməlidir. Qarşıdan Millətlər Liqası və Avro-2020 gəlir. Biz Avropa çempionuyuq və bu titulu qorumağa çalışacağıq”.


Qeyd edək ki, Portuqaliya 1/8 finalda Uruqvaya 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb.

 

 

 

Portuqaliya Santuşla bağlı qərarını verdi

 

 

 

 

qol.az

XƏBƏR LENTİ