"Barselona" Braziliya klubunun futbolçusunu transfer edib

Sayta qoyulub: 10:29 10.07.2018 (211 dəfə oxunub)

İspaniyanın "Barselona" klubu Braziliya "Qremio"sunun futbolçusu Artur Ramosu transfer edib. 

Kataloniya təmsilçisinin rəsmi saytının verdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçidən ötrü 31 milyon avro ödəniləcək. Daha 9 milyon avro isə bonus kimi nəzərdə tutulub. 

"Barsa" ilə 6 illik müqavilə imzalayan 22 yaşlı oyunçunun dəbbə pulu 400 milyon avro təşkil edəcək. 

Qeyd edək ki, Artur Ramos bu mövsüm "Qremio"nun  heyətində Braziliya çempionatında 7 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Ötən mövsüm "Barselona" İspaniya çempionluğu və ölkə kubokunu qazanıb.

 

 

 

"Barselona" Braziliya klubunun futbolçusunu transfer edib

 

 

 

report.az

XƏBƏR LENTİ