"Keşlə" Maltaya getdi

Sayta qoyulub: 10:00 10.07.2018 (122 dəfə oxunub)

"Keşlə" Maltaya getdi
 

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” "Baltsan"la oyun üçün Maltaya yola düşüb. Türkiyədəki təlim-məşq toplanışını başa vuran komanda İstanbuldan Maltaya yola düşüb. Xatırladaq ki, “Keşlə”nin Maltada “Baltsan”a qarşı keçirəcəyi oyun iyulun 12-də reallaşacaq. Matç Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq. Cütün cavab görüşü iyulun 19-u, Bakıda keçiriləcək.

XƏBƏR LENTİ