Sampaoli Argentina millisinin baş məşqçisi postunda qaldı

Sayta qoyulub: 07:37 10.07.2018 (143 dəfə oxunub)

Xorxe Sampaoli Argentina millisinin baş məşqçisi vəzifəsini icra etməkdə davam edəcək. Belə bir qərar mütəxəssisin dünən federasiya prezidenti KLaudio Tapia ilə görüşündən sonra qəbul edilib.

 

Xatırladaq ki, Argentina dünya çempionatına 1/8 finalda Fransaya məğlubiyyətdən sonra vidalaşmışdı.

 

Sampaolinin milliylə müqaviləsi 5 illiyinə nəzərdə tutulub. Sözləşməyə yalnız 2019-cu il Kopa Amerikadan sonra xitav verilə bilər.

 

Vaxtından əvvəl istefaya gpndəriləcəyi halda federasiya ona 8 milyon dollar ödəməlidir.

XƏBƏR LENTİ