İsrail klubunun futbolçusu rəsmən "Sumqayıt"da

Sayta qoyulub: 19:09 09.07.2018 (257 dəfə oxunub)

İsrail klubunun futbolçusu rəsmən "Sumqayıt"da

2018/2019 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunu heyətinə cəlb edib. Son mövsümü İsrail Premyer Liqası təmsilçisi "Hapoel Ra'anana"da keçirmiş əslən azərbaycanlı olan Əli Babayev "gənclik şəhəri" təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. Babayev "Sumqayıt"da 99 nömrəli formada çıxış edəcək.

 Qeyd edək ki, 1990-cı il təvəllüdlü dayaq yarımmüdafiəçisi peşəkar karyerası boyunca yalnız "Hapoel Ra'anana"nın şərəfini qoruyub. Əli Babayev İsrail təmsilçisinin heyətində meydana çıxdığı 135 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb. O, son mövsümdə isə 19 rəsmi oyunda meydana çıxıb.

XƏBƏR LENTİ