"Sumqayıt" harada oynayacağını hələ müəyyənləşdirməyib

Sayta qoyulub: 13:45 09.07.2018 (205 dəfə oxunub)

"Sumqayıt" harada oynayacağını hələ müəyyənləşdirməyib
 

“Sumqayıt” klubunun ev oyunlarını keçirdiyi Kapital Bank Arena stadionunda təmir və yenidənqurma işləri aparılır. Yenidənqurma işləri ən yaxşı halda 2018/2019-cu illər mövsümünün qış fasiləsində yekunlaşacaq. Bəs bu müddət ərzində “Sumqayıt” ev oyunlarını harada keçirəcək, məşqlərini harada edəcək? Kifayət qədər aktual problemdir. Düzdür, “Sumqayıt” hazırda Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlıq keçir, amma ora da yayda otsuz, qışda isə yararsız olur. Ev oyunlarını keçirmək üçün “Sumqayıt” “Dalğa Arena” stadionunu fikirləşir amma  hələ ki məsələ tam həllini tapmayıb. Məsələ burasındadır ki, Avropa Liqasındakı təmsilçilərimiz, “Zirə”  kimi komandalar da bu arenaya müraciət ediblər. Odur ki, “Sumqayıt”ın “Dalğa Arena istəyi də gerçəkləşməyə bilər. Konkretləşdirib deyə bilərik ki, “Sumqayıt” gələn mövsüm ev oyunlarını harada keçirəcəyini hələ də bilmir. Bu isə çox arzuolunmaz bir durumdur. 

XƏBƏR LENTİ