Qurban Qurbanov mətbuat konfransı keçirəcək

Sayta qoyulub: 13:20 09.07.2018 (173 dəfə oxunub)

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşacaq “Qarabağ”ın Lyublyana təmsilçisi ilə ilk oyundan öncə keçiriləcək son məşqinin və mətbuat konfransının vaxtı açıqlanıb. 

İyulun 10-da baş məşqçi Qurban Qurbanov Bakı vaxtıyla saat 20:15-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi “Stojitse” stadionunda baş tutacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. Qeyd edək ki, sözügedən matç iyulun 11-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

XƏBƏR LENTİ