"Neftçi" "İsmət Qayıbov"da hazırlaşır

Sayta qoyulub: 13:18 09.07.2018 (145 dəfə oxunub)

 

"Neftçi" "İsmət Qayıbov"da hazırlaşır

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də, saat 21:00-da “Dalğa Arena”da Macarıstanın “Uypeşt” klubu qarşılaşacaq “Neftçi” hazırlığa ara vermədən davam edir.  “Ağ-qaralar” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında iki məşqə çıxıb. Bütün futbolçuların iştirak etdiyi hazırlıq proseslərində səhər məşqi fiziki, axşam məşqi isə texniki-taktiki hazırlığa həsr olunub. Hazırlıq sabah axşam məşqi ilə davam edəcək. Xatırladaq ki, iyulun 6-da Türkiyədən təlim-məşq toplanışından qayıdan baş məşqçi Roberto Bordinin yetirmələri ayın 7-dən etibarən hazırlığı İsmət Qayıbov adına təlim-məşq bazasında davam etdirir.

XƏBƏR LENTİ