"Barselona"nın futbolçusu yenidən Çin klubunda - rəsmi

Sayta qoyulub: 12:38 09.07.2018 (182 dəfə oxunub)

"Barselona"nın yarımmüdafiəçisi Poulinyo karyerasını yenidən "Quançjou Everqrand" klubunda davam etdirəcək.


Bu barədə Çin klubunun rəsmi saytı xəbər yayıb. Braziliyalı futbolçu ilə rəsmi müqavilə imzalansa da, detalları açıqlanmayıb. "Barselona" isə hələlik bu barədə məlumat verməyib.


Ancaq “Mundo Deportivo” nəşri 29 yaşlı oyunçunun 4 illik müqaviləyə imza atdığını və Çin klubunun bu transfer üçün kataloniyalılara 50 milyon avro verdiyini yazıb.


Xatırladaq ki, bir il əvvəl “Barselona” Paulinyonu məhz  “Quançjou”dan 40 milyon avroya almışdı.

 

 

 

"Barselona"nın futbolçusu yenidən Çin klubunda - rəsmi

 

 

 

qol.az

XƏBƏR LENTİ