"Keşlə" Türkiyə toplanışını başa vurdu

Sayta qoyulub: 11:37 09.07.2018 (146 dəfə oxunub)

"Keşlə" Türkiyə toplanışını başa vurdu

 

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Baş məşqçi Yuri Maksimovun yetirmələri gün ərzində yenə iki dəfə məşq edib. Sabah isə komanda İstanbula gedərək, oradan Maltaya yola düşəcək. Xatırladaq ki, “Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” komandası ilə qarşılaşacaq. Oyun iyulun 12-də səfərdə keçiriləcək. Bu üzdən də Bakıya gəlməyə ehtiyac duymayan paytaxt klubu Türkiyədən birbaşa Maltaya yola düşəcək.

XƏBƏR LENTİ