Ramil Şeydayev "Trabzonspor"da məşqə çıxdı

Sayta qoyulub: 11:34 09.07.2018 (159 dəfə oxunub)

 

Ramil Şeydayev "Trabzonspor"da məşqə çıxdı
Millimizin üzvü  Ramil Şeydayev Türkiyənin “Trabzonspor” klubunun düşərgəsində məşqlərə başlayıb. Avstriyanın “Mattersburq” klubuna keçidi baş tutmayan hücumçu Trabzon təmsilçisinin Sloveniyadakı məşqlərində iştirak edir. O, ötən gündən etibarən komanda ilə birgə çalışmalara start verib.
 

22 yaşlı futbolçunun komandada qalıb-qalmayacağı ilə bağlı qərar Sloveniya toplanışından sonra veriləcək.

Qeyd edək ki, “Zenit”in yetirməsi olan Şeydayevin “Trabzonspor”la müqaviləsi 2020-ci ildə başa çatır. O, son mövsümü icarə əsasında “Qarabağ”da keçirib.

 

XƏBƏR LENTİ