"Qəbələ" "Proqres"lə oyunlar üçün 18 futbolçu sifariş etdi

Sayta qoyulub: 19:45 08.07.2018 (274 dəfə oxunub)

"Qəbələ" "Proqres"lə oyunlar üçün 18 futbolçu sifariş etdi

"Qəbələ"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. “Qırmızı-qaralar” Lüksemburqun “Proqres” klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib. Quruma göndərilən A vərəqində 18 futbolçu yer alıb. Xatırladaq ki, “Qəbələ” ilə “Proqres” arasında ilk oyun iyulun 12-də, cavab matçı iyulun 19-da baş tutacaq. Komandamız ilk matçı Qəbələdə - doğma divarlar arasında keçirəcək.

 

Qapıçılar

22. Dmitri Bezotosnıy

30. Aqil Məmmədov

 

Müdafiəçilər

34. Ürfan Abbasov

18. İlqar Qurbanov

33. Təmkin Xəlilzadə

27. Bəhlul Mustafazadə

5. Rasim Ramaldanov

3. Voyislav Stankoviç

 

Yarımmüdafiəçilər

8. Qismət Alıyev

21. Lalavele Atakora

14. Cavid Hüseynov

7. Roman Hüseynov

4. Elvin Camalov

88. Sabien Lilay

11. Asif Məmmədov

 

Hücumçular

28. Stiven Cosef-Monroz

10. Rauf Əliyev

17. Ceyms Adeniyi

XƏBƏR LENTİ