"Baltsan" – "Keşlə" oyununun yeri və saatı dəyişdirildi

Sayta qoyulub: 19:43 08.07.2018 (222 dəfə oxunub)

Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Baltsan” – “Keşlə” matçının yeri və başlama saatı dəyişdirilib. UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma iyulun 12-də Ta Qalidəki “Çentanari” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək. Xatırladaq ki, bu oyunun daha öncə Ta Qalidəki Milli Stadionda keçiriləcəyi və Bakı vaxtı ilə 21:00-da start götürəcəyi bildirilirdi.

XƏBƏR LENTİ