İki gün sonra "Real" Ronaldonun gedişini açıqlaya bilər

Sayta qoyulub: 09:06 08.07.2018 (224 dəfə oxunub)

Real”ın hücumçusu Kriştianu Ronaldo “Yuventus”a keçməyə yaxındır.


“Kral klubu”nun prezidenti Florentino Peresin qarşıdakı həftənin 2-ci günü direktorlar şurasının iclasında portuqaliya futbolçunun gedişini açıqlayacağı gözlənilir.

 

Klub rəhbərliyi Ronaldonun qarşısına belə bir şərt qoyub ki, oyunçu ictimaiyyətə komandadan ayrılmaq qərarının özünə məxsus olduğunu açıqlamalıdır. Əks-halda F.Peres təzminat məbləğinin 100 milyon avroya endirilməyəcəyini bildirib.


Qeyd edək ki, Ronaldonun "Yuventus"la 4 illik müqavilə bağlayacağı və ümumilikdə 120 milyon avro qazanacağı bildirilir.

 

 

İki gün sonra "Real" Ronaldonun gedişini açıqlaya bilər

 

 

 

 

qol.az

XƏBƏR LENTİ